Bu şəxslərin pensiyası arta bilər
Bu şəxslərin pensiyası arta bilər
“Qüvvədə olan qanunvericiliyə görə, çalışan vətəndaş pensiya hüququ əldə etdikdən sonra altı ildən bir ödədiyi sığorta haqqına görə pensiya kapitalı yenidən hesablanır. Həmin məbləğ də onun pensiyasının üzərinə gəlir”.
Bunu iqtisadçı Rəşad Həsənov açıqlamasında deyib.
O xatırladıb ki, Azərbaycanda işləyən pensiyaçı vətəndaşların pensiya kapitalından istifadəsinin dörd ildən bir olmaqla üç dəfə hesablanması təklif edilib.
“Bu da pensiyanın təkrar hesablanmasının intensivliyini artıracaq. Baxın, vətəndaş 65 yaşında pensiyaya çıxır, amma işinə davam edir. 71 yaşında onun pensiya kapitalı yenidən hesablanır. Təklif olunur ki, bu, 69 yaşa endirilsin. Ümumilikdə Azərbaycanda 65 yaşdan yuxarı əmək fəaliyyəti ilə məşğul olanların say etibarı ilə çəkisi azdır. Burada söhbət təxminən 800 min nəfərdən gedir. Lakin indiki qaydada 71 yaşdan sonra təkrar hesablanma aparılsa, həmin şəxslərin sayı 400 minə düşəcək”.
Ekspert bildirib ki, təklif edilən mexanizm səmərəli hesab olunur:
“Pensiya kapitalı şəxsin əməkhaqqısından tutulan məbləğ əsasında formalaşdırıldığından bu, onun bir növ mülkiyyət hüququnu yaradır. Təklif qəbul olunarsa, daha çox özəl sektorlarda çalışanların pensiyasında artımlar ola bilər. Çünki sözügedən müəssisələrdə yaş həddi yoxdur. Bu, dövlət sektorunda çalışanlara da şamil oluna bilər. Burada isə vəziyyət fərqlidir. Məsələn, səhiyyə sahəsində çalışanların maksimal yaş həddi yoxdur. Həmçinin elmi-tədqiqat sahələrində çalışanlara da eyni münasibət tətbiq olunur. Bir sıra dövlət və hakimiyyət orqanlarında çalışanlar da bu qəbildəndir”.
Qeyd edək ki, Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanda işləyən pensiyaçı vətəndaşların pensiya kapitalından istifadəsinin dörd ildən bir olmaqla üç dəfə hesablanmasını təklif etmişdi. O bildirib ki, işləyən pensiyaçıların sayının 190 minə yaxın olduğunu nəzərə alsaq, bu dəyişiklik xeyli sayda vətəndaşın pensiyasında artımlara səbəb olacaq. Mövcud qanunvericiliyə görə, bu, altı ildən bir olmaqla ümumilikdə iki dəfə hesablanır.







Oxşar -Yeniinfo.az
Azərbaycan Prezidentinin Əbu-Dabidə Ermənistan Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib
Bakıya planlaşdırılan uçuş İrana görə ləğv olundu
Azərbaycan-İsrail biznes forumu keçiriləcək
Bu şəxslərin pensiyası arta bilər
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər çıxılmaz vəziyyətdə
Prezident: Elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik
Prezident: Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər
Prezident: "Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli, bəlkə də, bütövlükdə ölkəyə tətbiq edilə bilər"