Ceyhun Bayramov Əraqçiyə Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcəyini bildirib
Ceyhun Bayramov Əraqçiyə Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcəyini bildirib
29 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Azərbaycan XİN-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı İran ətrafında yaranmış vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov bölgədə son gərginliyin narahatlıq doğurduğunu, bütün tərəflərin İranda və onunda ətrafında qeyri-sabitliyə səbəb ola biləcək addımlardan və ritorikadan çəkinmələrinin zəruriliyinin ölkəmiz tərəfindən hər zaman vurğulandığını bildirib. Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu qeyd edilib.
Azərbaycan Respublikasının onun hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İrana və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsinə heç vaxt imkan verilməyəcəyi xüsusi vurğulanıb.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.







Oxşar -Yeniinfo.az
Azərbaycanda bu kəndlərin kanalizasiyası olacaq
Xərçəng hüceyrələrini məhv edən meyvə..
Paşinyan Azərbaycanla bağlı vəd istədi, Vens söz vermədi
Azərbaycanda avtomobillər BAHALAŞA BİLƏR
Soyuq havada quru dəri problemindən xilas olmağın YOLLARI
Təhsil və sağlamlıq arasında gizli əlaqə tapıldı
Şorba sevənlərə mühüm xəbərdarlıq: Zərərləri üzə çıxdı
Bağırsaq xərçənginin əsas əlamətləri: Həkimdən açıqlama