Dondurulmuş qidalar gözlənilməz fəsadlar törədir?
Dondurulmuş qidalar gözlənilməz fəsadlar törədir?
İnsanların əksəriyyəti meyvə və tərəvəzləri həftələrlə, bəzən isə aylarla dondurucuda saxladıqdan sonra istifadə edir.
Bu cür dondurulmuş qidalar daha aşağı qiymətə alternativ kimi marketlərdə də satılır.
Bəs bu cür qidaların orqanizmə hansı zərərləri var?
Qida mütəxəssisi Məhsəti Hüseynova dondurma prosesinə diqqət yetirilməsinin vacibliyini vurğulayıb:
"Meyvə və tərəvəzləri dondurarkən istifadə edilən polietilen torbalarının qalın və qida üçün uyğun olmasına diqqət yetirilməlidir. Həmin qidalar üç dəqiqə qaynar, sonra buzlu suda saxlanılmalı və tam qurudulub dondurulmalıdır".
Ekspertlər bildirirlər ki, bir məhsul yalnız bir dəfə dondurula bilər.
"Qida düzgün dondurulmadıqda, mikroorqanizmlər inkişaf edə bilər. Bu isə zəhərlənmələrə, hətta botulizmə səbəb olaraq, dərhal ölümə yol aça bilər", - deyə həkim Adil Qeybulla qeyd edib.
Mütəxəssislər, eyni zamanda, qeyd edirlər ki, dondurulmuş tərəvəzləri yeyərkən onların tərkibinə diqqət yetirmək lazımdır. Şəkər, yağ və ya duz əlavə edilmiş məhsullardan çəkinin. Həmçinin donmuş tərəvəzin buzunun əriməsini gözləmədən dərhal bişirmək tövsiyə olunur. Çünki buzun əriməsi mikroorqanizmlərin aktivləşməsinə və bakteriyaların sürətlə çoxalmasına səbəb olur.







Oxşar -Yeniinfo.az
Azərbaycanda bu kəndlərin kanalizasiyası olacaq
Xərçəng hüceyrələrini məhv edən meyvə..
Paşinyan Azərbaycanla bağlı vəd istədi, Vens söz vermədi
Azərbaycanda avtomobillər BAHALAŞA BİLƏR
Soyuq havada quru dəri problemindən xilas olmağın YOLLARI
Təhsil və sağlamlıq arasında gizli əlaqə tapıldı
Şorba sevənlərə mühüm xəbərdarlıq: Zərərləri üzə çıxdı
Bağırsaq xərçənginin əsas əlamətləri: Həkimdən açıqlama