İsveç və Danimarka Ukrayna üçün HHM sistemləri alacaq
İsveç və Danimarka Ukrayna üçün HHM sistemləri alacaq
İsveç və Danimarka Ukraynaya ötürülməsi üçün ümumi dəyəri təxminən 290 milyon dollar olan hava hücumundan müdafiə sistemlərinin birgə alınması barədə razılığa gəlib.
Bu barədə "Reuters" İsveçin müdafiə naziri Pol Yunsonun bəyanatına istinadən məlumat yayıb.
Razılaşma çərçivəsində "BAE Systems Bofors" şirkəti tərəfindən hazırlanmış silah sistemlərinin alınması nəzərdə tutulur. Maliyyələşdirmənin əsas hissəsini İsveç üzərinə götürəcək və 234 milyon dollar ayıracaq. Danimarkanın töhfəsi isə təxminən 56 milyon dollar təşkil edəcək.
“Bu satınalma təkcə Ukraynaya döyüş meydanına daha çox avadanlıq çatdırmağa kömək etmir, həm də İsveçdə istehsal imkanlarımızı gücləndirir”, – deyə Pol Yunson mətbuat konfransında bildirib.







Oxşar -Yeniinfo.az
Rusiyanın Ukraynanı məğlub edə bilməməsinin 3 səbəbi
Dünyanın ən böyük atom stansiyası 14 ildən sonra fəaliyyətini bərpa edir
Zelenski: Rusiya Ukraynanın enerji sektoruna yeni kütləvi zərbələr endirməyə hazırlaşır
Omanın XİN rəhbəri ABŞ-la danışıqlara hazırlıq məqsədilə Əraqçi ilə görüşüb
KİV: Amerikalı və hollandiyalı veteranlar F-16-larla Ukrayna səmasını müdafiə etməyə başlayıb
KİV: ABŞ İranla İranın mineral ehtiyatlarına çıxışı müzakirə edə bilər
Zelenski Avropada yaşayan rusları təhqir etdi: Rədd edin!
Abbas Arakçı İsveçrəyə yollandı