Meyvə-tərəvəz niyə tez xarab olur? - Mətbəxdə edilən ən yayğın səhv
Meyvə-tərəvəz niyə tez xarab olur? - Mətbəxdə edilən ən yayğın səhv
Meyvə və tərəvəzləri soyuducuda saxlamazdan əvvəl yumaq çürümə prosesini sürətləndirir. Bu qaydanın yeganə istisnası isə üzümdür.
Bu barədə gigiyena üzrə ekspert, biologiya elmləri doktoru Nataliya Şeyina Gazeta.Ru-ya açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, meyvə və tərəvəzlər yuyulduqdan sonra onların səthində artıq nəm qalır ki, bu da məhsulların daha tez xarab olmasına səbəb olur.
Əgər tərəvəzlər çox çirklidirsə, onları yüngül şəkildə qurutmaq, fırça və ya quru parça ilə ehtiyatla təmizləmək olar. Lakin meyvə və tərəvəzlər yalnız istifadə olunmazdan əvvəl yuyulmalıdır. Üzüm isə yuyulduqdan sonra yaxşıca qurudulmalı və kağız torbada soyuducuda saxlanılmalıdır.
Mütəxəssis həmçinin meyvə və tərəvəzlərin ayrı-ayrı qablarda saxlanılmasının vacibliyini vurğulayıb. Çünki bir çox tərəvəz yetişmə prosesini sürətləndirən etilen qazı ifraz edir və bu da yaxınlıqda saxlanılan digər məhsulların tez xarab olmasına gətirib çıxarır.
Qeyd edilib ki, kök tərəvəzlərin - çuğundur, turp və yerkökünün baş hissəsi kəsilməlidir. Əks halda, tərəvəzlər daha tez xarab olur. Göyərti isə nəmi tez özünə çəkdiyi üçün soyuducuda polietilen torbada saxlanılmalıdır.
Bioloq əlavə edib ki, ekzotik meyvələr (banan, kivi və s.), eləcə də pomidor, qovun və balqabaq otaq temperaturunda saxlandıqda dadını və ətrini daha yaxşı qoruyur. Kartof və yerkökü isə sərin, quru və qaranlıq yerdə saxlanılmalıdır.







Oxşar -Yeniinfo.az
Azərbaycanda bu kəndlərin kanalizasiyası olacaq
Xərçəng hüceyrələrini məhv edən meyvə..
Paşinyan Azərbaycanla bağlı vəd istədi, Vens söz vermədi
Azərbaycanda avtomobillər BAHALAŞA BİLƏR
Soyuq havada quru dəri problemindən xilas olmağın YOLLARI
Təhsil və sağlamlıq arasında gizli əlaqə tapıldı
Şorba sevənlərə mühüm xəbərdarlıq: Zərərləri üzə çıxdı
Bağırsaq xərçənginin əsas əlamətləri: Həkimdən açıqlama