Prezident Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşüb
Prezident Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşüb
Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əbu-Dabi şəhərində Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam ilə görüşü olub.
Bu barədə Əbu-Dabiyə ezam olunmuş əməkdaşı xəbər verir.
Məhəmməd Əbdülsalam Azərbaycana səfərlərini və dövlət başçısı ilə görüşlərini böyük məmnunluqla xatırlayıb. O, Prezident İlham Əliyevi "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi münasibətilə bir daha təbrik edib.
Prezident İlham Əliyev təbrikə və yüksək mükafata görə minnətdarlığını bildirərək, Zayed Fondunun fəaliyyətini, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsinin və bəşəri dəyərlərinin dünyada təşviq edilməsində oynadığı mühüm rolu yüksək qiymətləndirib.
Azərbaycan Prezidentinin bu mükafata layiq görülməsi, həmçinin Roma Papası XIV Leonun və Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Əl-Tayyibin Azərbaycan Prezidentinin sülhün bərqərar olunması istiqamətində fəaliyyətinə verdikləri qiymətin təcəssümü kimi dəyərləndirilib.







Oxşar -Yeniinfo.az
Azərbaycanda bu kəndlərin kanalizasiyası olacaq
Xərçəng hüceyrələrini məhv edən meyvə..
Paşinyan Azərbaycanla bağlı vəd istədi, Vens söz vermədi
Azərbaycanda avtomobillər BAHALAŞA BİLƏR
Soyuq havada quru dəri problemindən xilas olmağın YOLLARI
Təhsil və sağlamlıq arasında gizli əlaqə tapıldı
Şorba sevənlərə mühüm xəbərdarlıq: Zərərləri üzə çıxdı
Bağırsaq xərçənginin əsas əlamətləri: Həkimdən açıqlama