Xankəndi Konqres Mərkəzi müasir texniki avadanlıqlarla təchiz olunub
Xankəndi Konqres Mərkəzi müasir texniki avadanlıqlarla təchiz olunub
Xankəndi Konqres Mərkəzi müasir texniki avadanlıqlarla təchiz olunub.
Müasir texniki avadanlıqlarla təchiz olunmuş Konqres Mərkəzi 6500 kvadratmetr sahəni əhatə edir:
"Burada teatral üslubda 600, ziyafət üslubunda isə 350 nəfərlik tədbir zalları, iclas, konfrans otaqları və digər müxtəlif təyinatlı otaqlar yaradılıb".
Onun sözlərinə görə, özündə müasirliklə milli memarlıq ənənələrini birləşdirən Mərkəzin binasında müxtəlif konqreslər, konfranslar, seminarlar, işgüzar görüşlər, ölkə və beynəlxalq əhəmiyyətli digər tədbirlərin keçirilməsi üçün geniş imkanlar var:
"Konqres Mərkəzinin fəaliyyətinin ilkin mərhələsində 12 nəfər daimi iş yeri ilə təmin olunub. Onlardan 8-i Xankəndi, Xocalı, Kəlbəcər və işğaldan azad olunmuş digər ərazilərin sakinləridir. Yüksək funksionallığı və müasirliyi ilə diqqət çəkən Konqres Mərkəzi işğaldan azad olunmuş ərazilərimizin sosial-iqtisadi potensialının inkişafına xidmət edən mühüm layihələrdən biridir".
Qeyd edək ki, iyulun 3-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi Konqres Mərkəzinin açılışında iştirak edib.







Oxşar -Yeniinfo.az
Azərbaycanda bu kəndlərin kanalizasiyası olacaq
Xərçəng hüceyrələrini məhv edən meyvə..
Paşinyan Azərbaycanla bağlı vəd istədi, Vens söz vermədi
Azərbaycanda avtomobillər BAHALAŞA BİLƏR
Soyuq havada quru dəri problemindən xilas olmağın YOLLARI
Təhsil və sağlamlıq arasında gizli əlaqə tapıldı
Şorba sevənlərə mühüm xəbərdarlıq: Zərərləri üzə çıxdı
Bağırsaq xərçənginin əsas əlamətləri: Həkimdən açıqlama