Yanvarın 28-də gözlənilən hava şəraiti
Yanvarın 28-də gözlənilən hava şəraiti
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-4°, gündüz 5-9° dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.
Havanın temperaturu gecə 1° dərəcə şaxtadan 4° dərəcəyədək isti, gündüz 5-9° dərəcə isti, dağlarda gecə 5-10° dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 11-13° dərəcə şaxta, gündüz 0-5° dərəcə şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.







Oxşar -Yeniinfo.az
Fevralın 18-də gözlənilən hava şəraiti
Fevralın 17-də gözlənilən hava şəraiti
Dumanlı hava bu tarixədək davam edəcək
Fevralın 16-da gözlənilən hava şəraiti
Fevralın 15-də gözlənilən hava şəraiti
Fevralın 14-də gözlənilən hava şəraiti
Fevralın 13-də gözlənilən hava şəraiti
Fevralın 12-də gözlənilən hava şəraiti