5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq
5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 5 məktəbdə boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.
Bu barədə Yeni info.az-a Axar.az-a istinadən BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, iyulun 29-u saat 11:00-dan etibarən tədrisi digər dildə aparılan bölmə üzrə uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 5 məktəbdə boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.
Qeyd edilən tarixdən sonra məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.
Müvafiq ümumi təhsil müəssisələrinin siyahısı:
- Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi
- Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey
- Bakı şəhəri "Zəngi" liseyi
- Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi
- Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksi
Oxşar -Yeniinfo.az
Sükan arxasında ürəyi tutdu, qəza törətdi: ölən var
5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq
Bakıda güclü külək: 48 ağac aşdı
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
Tramp onun Bakıya səfərini paylaşdı
Qəza iştirakçıları hansı halda hadisə yerini tərk edə bilərlər?
Bakıda ağır qəza: ölən var
Düyü və bulqur ən zərərli məhsul elan edildi