ABŞ İranla müharibədə itkilərinin yeni siyahısını açıqlayıb - 18 ölü, 624 yaralı
ABŞ İranla müharibədə itkilərinin yeni siyahısını açıqlayıb - 18 ölü, 624 yaralı
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ-İran müharibəsi ilə bağlı rəsmi itki statistikasını yeniləyib.
Yeni info.az-a APA xəbər verir ki, Pentaqonun Müdafiə İtkilərinin Təhlili Sisteminə (DCAS) 140-dan çox yaralı hərbçi əlavə edilib. Bununla yanaşı, iyulun 7-dən etibarən həlak olan və yaralanan hərbçilər üçün "Xarici əməliyyatlar" (Overseas Operations) adlı yeni kateqoriya yaradılıb.
Yenilənmiş məlumatlara əsasən, münaqişənin ilk mərhələsi kimi təqdim olunan və "Operation Epic Fury" (Epik Qəzəb) adlandırılan əməliyyat zamanı 14 ABŞ hərbçisi həlak olub, 400-dən çox hərbçi isə yaralanıb.
Yeni statistikaya əsasən, ABŞ-ın fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlamasından indiyədək ümumilikdə 18 hərbçi həlak olub, 624 hərbçi isə yaralanıb.
Oxşar -Yeniinfo.az
İranla ABŞ arasında mesaj mübadiləsi aparılır - Bəqai
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
ABŞ İranla müharibədə itkilərinin yeni siyahısını açıqlayıb - 18 ölü, 624 yaralı
Zelenski: Ukraynada ballistik raketələrdən müdafiə üçün HHM raketləri çatışmır
Hazırlıqlar başladı, 30 min hərbçi Rusiyaya gəlir
Bu, çox ağıllı strategiyadır, Rusiya belə zəifləyir
İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir
Raket çatışmazlığı: Tramp İran planından geri çəkildi