AZAL-ın Dubay və Ciddəyə olan iki reysi İran hava məkanının bağlı olması səbəbindən Bakıya qayıdıb
AZAL-ın Dubay və Ciddəyə olan iki reysi İran hava məkanının bağlı olması səbəbindən Bakıya qayıdıb
Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-011 nömrəli Bakı-Dubay və J2-1091 nömrəli Bakı-Ciddə reysləri İran hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb.
Bu barədə AZAL-dan bildirilib.
Məlumata görə, Bakı-Dubay reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna 10:47-də uğurla eniş edib. Ciddə reysinin Bakı hava limanına yaxın zamanda enişi gözlənilir.
Qeyd edilib ki, AZAL Yaxın Şərqdəki mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür.







Oxşar -Yeniinfo.az
Ramazan ayı münasibətilə iftar mərasimi keçirildi
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
Azərbaycan lideri Bolqarıstan Prezidentini təbrik edib
Uçuşlar ləğv edildi, azərbaycanlılar köməksiz qaldı
Prezident İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış olub
İrandan Azərbaycan sərhədi ilə təxliyə edilənlərin sayı açıqlanıb
Efiopiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb
AZAL-ın Dubay və Ciddəyə olan iki reysi İran hava məkanının bağlı olması səbəbindən Bakıya qayıdıb