Telefon
WhatsApp
Azərbaycanın avtomobil bazarında kəskin dönüş
300 X 250 Reklam Alanı

Bir vaxtlar avtomobillərin çoxluğundan addım atmağa yer olmayan Bakı Gömrük Terminalının dayanacağı indi sözün həqiqi mənasında boş qalıb.

Ötən ilin sonunadək davam edən böyük "idxal bumu" artıq yerini sükuta verib. Bu kəskin dəyişikliyin əsas səbəbi 2026-cı ildən etibarən avtomobil idxalına tətbiq edilən gömrük və vergi güzəştlərinin müddətinin başa çatmasıdır.

Hazırda nəinki fərdi alıcılar, hətta iri avtomobil dilerləri belə ölkəyə yeni nəqliyyat vasitələri gətirməyə tələsmirlər. İqtisadçılar bildirirlər ki, bu boşluq gözlənilən idi. Çünki ötən ilin son aylarında həm şirkətlər, həm də vətəndaşlar sanki növbəti bir neçə ilin tələbatını qısa müddətdə qarşılamağa çalışıblar.

İqtisadçı Xalid Kərimli qeyd edir ki, 2025-ci ilin sonunda bitən "güzəşt bumu" bazarda süni doyma yaradıb:

"Yeni maşınlar üçün vergi güzəştlərinin ləğvi alıcıların marağını yenidən alternativlərə yönəldir. Əgər əvvəllər hamı daha yeni və hibrid modellərə üstünlük verirdisə, indi ikinci əl bazarında canlanma proqnozlaşdırılır. Bu isə öz növbəsində qiymətlərə də təsirsiz ötüşmür".

Avtomobil sektoru üzrə ekspert Eldəniz Cəfərov da idxalın azalmasının müxtəlif səbəblərinin olduğunu bildirib. Ekspertlərin ümumi rəyinə görə, 2026-cı il həm alıcılar, həm də satıcılar üçün bir növ "adaptasiya dövrü" kimi yadda qalacaq. Mövcud durğunluğun müvəqqəti olduğu və 2027-ci ildən etibarən idxal rəqəmlərinin yenidən stabilləşəcəyi gözlənilir.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150