Bakıda avtomobil təmiri sexi yandı
Bakıda avtomobil təmiri sexi yandı
Bakıda avtomobil təmiri sexi yanıb.
Bu barədə Yeni info.az istinadən Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilibş
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Nizami rayonu, M.Əliyev küçəsində yerləşən avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 175kv.m. olan bir dam altında tikilmiş 7 boksdan ibarət avtomobil təmiri sexinin yağdəyişmə hissəsində baş vermiş yanğın genişlənməsinə, həmiçinin digər bokslara yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində sexin iki boksunun yanar konstruksiyaları və damına yığılmış təkərlər 50kv.m. sahədə yanıb.
Avtomobil təmiri sexinin böyük hissəsi yanğından mühafizə olunub







Oxşar -Yeniinfo.az
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Partlayış olacaq, təşvişə düşməyin – MN
Şükürbəyliyə daha 45 ailə köçür
Prezident Abraham Hamadeni qəbul etdi
Bakıda avtomobil təmiri sexi yandı
Məhərrəm ayının başlama vaxtı mübahisə yaratdı – İlahiyyatçının istehzasına CAVAB
Azərbaycanda Məhərrəm ayı başlayıb
Fövqəladə Hallar Nazirliyi sığınacaqda maarifləndirmə tədbiri keçirib