Bakıda bayram tonqalı yanğına səbəb oldu
Bakıda bayram tonqalı yanğına səbəb oldu
Bakının Xətai rayonunda həyətlərdən birində qalanan bayram tonqalı yanğına səbəb olub.
Sosial şəbəkələrdə bunu əks etdirən videogörüntü yayımlanıb.
Qeyd olunub ki, hadisə Əhmədli qəsəbəsində baş verib. Küləyin tonqalı daha da alovlandırması nəticəsində yaxınlıqdakı ağaca od düşüb və yanmağa başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən fakt təsdiqlənib.
Qeyd olunub ki, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
"Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının doqquzmərtəbəli yaşayış binasının həyətində baş verdiyi müəyyən edilib.
Alov yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində yaşayış binasının həyətində bir ədəd şam ağacı qismən yanıb.
Yaşayış binası və ətraf ərazilər yanğından mühafizə olunub", - deyə məlumatda vurğulanıb.







Oxşar -Yeniinfo.az
İrana 5 TIR humanitar yardım yola salındı
İran səfiri Azərbaycana təşəkkür etdi
Bakıda bayram tonqalı yanğına səbəb oldu
Bu şəxslər ömürlük pensiya alacaq
Azərbaycanlı investorlar Qazaxıstanda müalicə-sağlamlıq kompleksi inşa edəcəklər
Aİ Şurasının prezidentinin Bakı səfərində 3 mühüm məsələ
Ermənistan üzərindən Bakıya uçan hərbi təyyarə.
Qadınlar üçün müddətdən artıq həqiqi hərbi xidmət 3 ildən 6 ayadək azaldılacaq