Telefon
WhatsApp
Bakıda BMW-nin vurduğu işıq dirəyi digər avtomobilin salonuna düşdü
300 X 250 Reklam Alanı

Bakının Nərimanov rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Modern.az Yeni info.az xəbər verir ki, sosal şəbəkələrdə yayılan məlumata görə,hadisə bu gün səhər saat 07:50 radələrində Ziya Bünyadov prospektində, Dərnəgül yolu istiqamətində qeydə alınıb.

İlkin məlumata görə, 50-BY-678 dövlət nömrə nişanlı BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil körpünün üzərində yolun ortasında yerləşən işıqlandırma dirəyinə çırpılıb.

Güclü zərbə nəticəsində dirək aşıb və əks istiqamətdə hərəkətdə olan "Daewoo Gentra" markalı avtomobilin üzərinə düşüb. Dirək avtomobilin ön şüşəsini sındıraraq salona daxil olub.

Hadisə nəticəsində "Daewoo Gentra"nın sürücüsü ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150