Telefon
WhatsApp
Bakıda hərbçilərin yürüşü keçirilir
300 X 250 Reklam Alanı

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə paytaxtın müxtəlif küçə və prospektlərində təşkil olunan hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb.

Modern.az Yeni info.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Qeyd edək ki, yürüşlər beş marşrut üzrə təşkil olunub:

I yürüş marşrutu: Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – Dəniz Vağzalı;

II yürüş marşrutu: Şəhidlər xiyabanı – “Alov Qüllələri” Kompleksi – Çəmbərəkənd parkı - “İçərişəhər” metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;

III yürüş marşrutu: Q.Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər xiyabanı;

IV yürüş marşrutu: “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti;

V yürüş marşrutu: Nəriman Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı – “28 Mall” Ticarət Mərkəzi.

Paytaxtda hərbi qulluqçuların yürüşləri 12:00-dək davam edəcək.

Yürüşlər paytaxtla yanaşı, Sumqayıt, Gəncə, Naxçıvan, Bərdə, Xankəndi, Laçın və Şuşa şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında da keçirilir

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150