Bu, çox ağıllı strategiyadır, Rusiya belə zəifləyir
Bu, çox ağıllı strategiyadır, Rusiya belə zəifləyir
Rusiyanın ən böyük onlayn marketpleyslərindən biri olan “Wildberries”in logistika infrastrukturuna Ukraynanın endirdiyi zərbələr Rusiya üçün neft emalı zavodlarına hücumlar qədər ağır iqtisadi nəticələrə səbəb ola bilər.
Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “San” nəşri yazıb.
Nəşrin məlumatına görə, son günlər Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın müxtəlif bölgələrində “Wildberries” şirkətinə məxsus bir neçə logistika kompleksinə zərər verib və ya onları məhv edib:
“Bu hücumlar yalnız iri şirkətə ziyan vurmaqla kifayətlənməyib, həm də marketpleysdən asılı olan Rusiyadakı çoxsaylı kiçik bizneslərin fəaliyyətini pozub və ölkə üzrə gündəlik ticarətdə problemlər yaradıb”.
Nəşrə açıqlama verən ekspertlər hesab edirlər ki, yeni taktikanın yalnız hərbi deyil, həm də psixoloji təsiri var.
“Ukraynalılar fövqəladə və gözlənilməz uğur əldə ediblər və bu, addım-addım rejimə dəstəyi zəiflədir”, – britaniyalı ekspert Mark Qaleotti bildirib.
Nəşrin sözlərinə istinad etdiyi analitik Natia Seskuria isə bu kampaniyanı Ukraynanın strategiyasında yeni mərhələ adlandırıb. Onun qiymətləndirməsinə görə, logistika mərkəzlərinə zərbələr sıravi rusiyalıların gündəlik həyatına ciddi təsir göstərə bilər:
“Bu, Ukrayna tərəfindən çox ağıllı strategiyadır. Bu, Rusiyadakı ailələrə əhəmiyyətli təsir göstərəcək”.
Oxşar -Yeniinfo.az
Hazırlıqlar başladı, 30 min hərbçi Rusiyaya gəlir
Bu, çox ağıllı strategiyadır, Rusiya belə zəifləyir
İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir
Raket çatışmazlığı: Tramp İran planından geri çəkildi
Əraqçi Kallasla regional və beynəlxalq məsələləri müzakirə edib
Britaniya qoşunları Ukraynada sınaqdan keçirilmiş dronlarla təchiz olunacaq
KİV: ABŞ-İran münaqişəsi aylarla davam edə bilər
CENTCOM dəniz blokadası çərçivəsində Hörmüzdə 2 gəmiyə baxış keçirib