Telefon
WhatsApp
Bu ölkədə daha seçkilər keçirilməyəcək

Nikaraqua prezidenti Daniel Orteqa ölkədə gələcəkdə seçkilərin keçirilməyəcəyini bəyan edib.

Yeni info.az-a Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident bu açıqlamanı iyulun 20-də Sandinista İnqilabının 47-ci ildönümünə həsr olunan tədbirdə səsləndirib.

Orteqa bildirib ki, məqsəd müxalifətin hakimiyyəti ələ keçirməsinin qarşısını almaqdır. Onun sözlərinə görə, hakim partiyanın nəzarətində olan parlamentlə birlikdə "ölkənin düşmənləri, sui-qəsdçilər və xəyanətkarlar" adlandırdığı şəxslərə qarşı yeni qanunlar qəbul ediləcək.

Nikaraquada növbəti prezident seçkiləri 2027-ci ilə planlaşdırılsa da, Orteqa seçkilərin tamamilə ləğv ediləcəyini, yoxsa sadəcə müxalifətin iştirakının məhdudlaşdırılacağını dəqiqləşdirməyib.

Xatırladaq ki, 2021-ci il prezident seçkiləri ərəfəsində Nikaraqua hakimiyyəti bir sıra müxalifət partiyalarının fəaliyyətini qadağan etmiş, prezidentliyə namizədlərin əksəriyyətini isə səsvermədən əvvəl həbs etmişdi.

2025-ci ildə isə Orteqanın təşəbbüsü ilə Konstitusiyaya edilən dəyişikliklə prezidentlik müddəti 5 ildən 6 ilə qaldırılıb. Eyni zamanda vitse-prezident, həm də həyat yoldaşı olan Rosario Murilyo ölkənin həmprezidenti elan edilib.

Çıxışı zamanı Daniel Orteqa ABŞ-ı da tənqid edib. O, Vaşinqtonu bu ilin əvvəlində Venesuela prezidenti Nikolas Maduronun həbsinə yönəlmiş kampaniya aparmaqda ittiham edib və 2018-ci ildə ölkədə baş vermiş etiraz aksiyalarının təşkilində müxalifəti günahlandırıb.

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

Valyuta Məzənnəsi

Yüklənir...