Bu yerlərdə qiymətlər 15 faiz qalxacaq
Bu yerlərdə qiymətlər 15 faiz qalxacaq
Bakıətrafı qəsəbələrdə yerləşən ev və torpaq sahələrinə olan tələbat kəskin şəkildə artıb.
Axar.az Yeni info.az xəbər verir ki, əmlak ekspertləri paytaxtda qəzalı binaların sökülməsi prosesinin bu tendensiyaya ciddi təsir etdiyini bildirirlər.
Belə ki, mərkəzdəki söküntülərdən sonra vətəndaşlar daha çox şəhərdən kənar ərazilərdə ev almağa üstünlük verirlər ki, bu da birbaşa qiymətlərə təsir göstərir.
Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, hazırda Maştağa, Kürdəxanı, Hövsan, Pirşağı, Ramana, Lökbatan və Zığ kimi kənar qəsəbələrdəki ev və torpaq bazarında müəyyən ucuzluq müşahidə olunsa da, aparılan abadlıq işləri fonunda yaxın gələcəkdə qiymət artımı qaçılmaz olacaq.
Ekspert həmçinin qeyd edib ki, söküntü faktorundan əlavə, yay mövsümünün gəlişi ilə əlaqədar bağ evlərinə tələbatın artması da bu qəsəbələrdəki qiymətləri 10-15 faiz civarında bahalaşdıracaq. Lakin payız aylarında bazarda yenidən 5 faizlik bir enişin qeydə alınacağı ehtimal edilir.







Oxşar -Yeniinfo.az
Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür
Türkmənistanın Azərbaycana dəstəyi Türk dünyasının birliyini gücləndirir - Azər Kərimli
Mərdəkanda dənizdə batan gənclərin Fotoları
Bu yerlərdə qiymətlər 15 faiz qalxacaq
Ən yaxşı yemişi seçməyin yolları
Sərdar Berdiməhəmmədov Azərbaycanda səfərdədir
İsmayıllıda iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var
Yasamalda yaşayış kompleksində mənzil yanıb