Bərdədə hərbçimiz faciəvi şəkildə öldü
Bərdədə hərbçimiz faciəvi şəkildə öldü
Bərdədə yol-nəqliyyat hadisəsi bir nəfərin ölümünə səbəb olub.
Yeni info.az APA-ya istinadla xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun Bərdə rayon Soğanverdilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Toyota Prius” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında maneəyə çırpılıb.
Hadisə nəticəsində Ağdam rayon sakini Orxan Əliyev hadisə yerində ölüb.
Hadisə nəticəsində yaralananların da olduğu bildirilir.
Onlar Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Məlumatına görə, Orxan Əliyev hərbi qulluqçu olub.







Oxşar -Yeniinfo.az
Bakıda evdən 50 yaşlı qadının meyiti tapıldı
Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqon qoşulacaq
Ceyhun Bayramov Yaponiyaya getdi
Bərdədə hərbçimiz faciəvi şəkildə öldü
Bakı-Tbilisi qatarından istifadə edən sərnişinlərin sayı açıqlanıb
Rüfət Qarayev məhərrəm ayının və Aşura gününün tarixlərini açıqlayıb
Paşinyan: Türkiyə ilə sərhəd açılmalı, Azərbaycanla sülh sazişi imzalanmalıdır