Telefon
WhatsApp
BƏƏ sahillərində gəmi hücuma məruz qaldı

BƏƏ sahillərində naməlum gəmi zərbə nəticəsində idarəetməni itirib.

Yeni info.az-a Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) məlumatında deyilir.

"UKMTO BƏƏ-nin Dibba şəhərindən 17 dəniz mili şərqdə baş verən hadisə barədə məlumat alıb. Gəminin kapitanı gəminin naməlum mərmi ilə vurulduğunu və sükan sisteminə zərər verdiyini bildirib. Bütün heyət üzvlərinin təhlükəsiz olduğuna inanılır. Ətraf mühitə təsir barədə heç bir məlumat verilməyib", - əməliyyat mərkəzi bildirib.

Gəminin növü və heyət üzvlərinin sayı dəqiqləşdirilməyib.

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

Valyuta Məzənnəsi

Yüklənir...