Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesini müzakirə edib
Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesini müzakirə edib
14 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Görüş zamanı Azərbaycan ilə Almaniya arasında mövcud ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Siyasi dialoqun yüksək səviyyədə davam etdirilməsinin əhəmiyyəti vurğulanaraq, qarşılıqlı səfərlərin və beynəlxalq platformalar çərçivəsində görüşlərin əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfə verdiyi qeyd edilib.
İqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, nəqliyyat və logistika, eləcə də mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələrinin Avropanın enerji təhlükəsizliyinə və regionda dayanıqlı inkişafın təmin olunmasına verdiyi töhfə diqqətə çatdırılıb. Bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq və “yaşıl keçid” istiqamətində birgə layihələrin, Mərkəzi Asiya daxil olmaqla geniş bölgədə səylərin perspektivləri nəzərdən keçirilib.
Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətlərin əhəmiyyətinə toxunularaq, çoxtərəfli platformalarda bir-birinin legitim maraqlarına hörmət və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın və dəstəyin davam etdirilməsindən məmnunluq ifadə olunub.
Post-münaqişə dövründə regionda mövcud vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi və tarixi Vaşinqton Zirvəsindən sonra bölgədə de-fakto sülhün və ilkin əməkdaşlığın təmin edilməsi istiqamətində Azərbaycanın atdığı addımlar barədə qarşı tərəfə məlumat verilib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
22:06
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyanın xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb.
Bu barədə XİN-in sosial media hesabında məlumat verilib.
Müzakirələr Azərbaycan-Almaniya ikitərəfli əlaqələrinin, o cümlədən siyasi dialoq, enerji təhlükəsizliyi, yaşıl keçid, ticarət, nəqliyyat və humanitar əməkdaşlığın inkişafına yönəldilib.
Regional inkişaflar, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma prosesi, münaqişədən sonrakı bərpa səyləri də müzakirə olunan mövzular sırasında olub.







Oxşar -Yeniinfo.az
Hər gün bir fincan cökə çayı içməyin möcüzəvi təsirləri
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
Türkiyə Azərbaycanla investisiyalar sahəsində əməkdaşlığı genişləndirəcək
Azərbaycanda bahalaşan məhsullar açıqlandı - SİYAHI
Bakı beynəlxalq müzakirə platformasına çevrilir - Deputat
Azərbaycanda dövlət agentliyi ləğv edildi
Bakıda bu mətbuat konfransı kiber hücumlara məruz qaldı
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib