Diş fırçalayarkən tez-tez yol verilən SƏHVLƏR
Diş fırçalayarkən tez-tez yol verilən SƏHVLƏR
Bir çoxları hesab edir ki, gündə iki dəfə diş fırçalamaq ağız boşluğuna düzgün qulluq üçün kifayətdir. Lakin bu qaydaya əməl olunsa belə, zamanla kariyesə, diş ətlərinin iltihabına və diş minasının zədələnməsinə səbəb ola biləcək səhvlərə yol verilə bilər.
Bu barədə Gazeta.ru-ya stomatoloq və "Revyline" brendinin rəhbəri Maksim Obuşenkov danışıb.
Onun sözlərinə görə, diqqət yalnız dişlərə deyil, diş fırçasının özünə də yetirilməlidir. Hər istifadədən sonra fırça axar su altında yaxşıca yuyulmalı və qapaqsız şəkildə, açıq havada qurudulmalıdır. Qapalı və nəm mühitdə, xüsusilə qoruyucu qapaq altında, fırçanın tüklərində bakteriyalar sürətlə çoxalır. Bu isə təmizləmənin effektivliyini azaldır və müxtəlif diş problemlərinə yol aça bilər.
Obuşenkov dişlərin fırçalanma müddətinə də diqqət çəkib:
"Çox qısa müddətdə fırçalama diş səthindəki ərpi keyfiyyətli şəkildə təmizləməyə imkan vermir. Adi diş fırçası ilə dişləri ən azı üç dəqiqə, düzgün texnika ilə təmizləmək tövsiyə olunur", - deyə o bildirib.
Ekspert dişləri fırçaladıqdan dərhal sonra ağzı yaxalamaq vərdişinə də diqqət yetirməyi məsləhət görüb. Bəzi hallarda bu, diş pastasının təsirini azalda bilər, çünki aktiv komponentlər lazımi müddətdə təsir göstərməyə macal tapmır.
Tam ağız gigiyenası üçün yalnız diş fırçası kifayət etmir. Diş ipi və irriqator kimi əlavə vasitələrdən də istifadə olunmalıdır.
Sonda stomatoloq xatırladıb ki, diş fırçası və ya elektrikli diş fırçasının başlığı təxminən hər üç aydan bir, həmçinin infeksion xəstəliklərdən sonra dərhal dəyişdirilməlidir. Köhnəlmiş tüklər funksiyasını lazımi səviyyədə yerinə yetirmir və bakteriya mənbəyinə çevrilə bilər.







Oxşar -Yeniinfo.az
Hər gün bir fincan cökə çayı içməyin möcüzəvi təsirləri
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
Türkiyə Azərbaycanla investisiyalar sahəsində əməkdaşlığı genişləndirəcək
Azərbaycanda bahalaşan məhsullar açıqlandı - SİYAHI
Bakı beynəlxalq müzakirə platformasına çevrilir - Deputat
Azərbaycanda dövlət agentliyi ləğv edildi
Bakıda bu mətbuat konfransı kiber hücumlara məruz qaldı
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib