Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür
Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür
Bu gün Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunur.
Modern.az Yeni info.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən, hər il iyunun 23-ü ölkədə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd edilir.
Azərbaycanda dövlət qulluğu ənənələri qədim dövlətçilik tariximizə söykənir. Müxtəlif dövrlərdə Azərbaycan torpaqlarında mövcud olmuş dövlətlər öz idarəetmə sistemlərini formalaşdıraraq peşəkar kadr potensialı yaratmışlar.
Dövlət qulluğu sahəsində aparılan islahatların mühüm mərhələlərindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsi olub. Həmin qanun dövlət qulluğu sahəsində vahid siyasətin formalaşdırılmasına, kadr siyasətinin əsas prinsiplərinin müəyyənləşdirilməsinə, dövlət qulluqçularının hüquq və vəzifələrinin tənzimlənməsinə şərait yaradıb.
Müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafında Ümummilli Lider Heydər Əliyevin xüsusi xidmətləri qeyd olunur. Bu siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Prezident İlham Əliyev dövlət qulluğunun mahiyyəti barədə çıxışlarının birində bildirib ki, dövlət qulluğunda çalışmaq şərəfli olmaqla yanaşı, böyük məsuliyyətdir və dövlət qulluqçusunun əsas vəzifəsi insanlara xidmət etməkdir.
Qeyd olunur ki, dövlət qulluqçuları fəaliyyətlərində qanunçuluq, vətəndaş məmnunluğu, şəffaflıq və dövlətə sədaqət prinsiplərini rəhbər tutaraq ölkənin inkişafına töhfə verirlər.
Bu münasibətlə bütün dövlət qulluqçuları peşə bayramları münasibətilə təbrik olunur, onlara fəaliyyətlərində uğurlar arzulayırıq







Oxşar -Yeniinfo.az
Aşura günü ilə bağlı qanvermə aksiyası başladı
Bu qəsəbə və kəndlərə növbəti köç karvanı yola salındı
Bakının mərkəzində maşın yandı
Dənizdə batan 4 gəncdən sonuncusunun da meyiti tapıldı
ABŞ Konqresində azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalmasına dair konfrans keçirilib
Hərbi xidməti təxirə salmaq üçün… – DİM sədri AÇIQLADI
Yeni Zelandiya sandılar, Azərbaycan imiş…
Dənizdə batan Pərvizin atası: Bir-birini xilas etmək istəyiblər, hamısı boğulub