Dr. Barat Yusubov: “Qan ver, həyata ümid ol”
Dr. Barat Yusubov: “Qan ver, həyata ümid ol”
Hər damla qan kiminsə yaşamağa davam etməsi deməkdir.
Talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün bu, sadəcə tibbi prosedur deyil — həyatın özü, ümidin davamıdır.
Dr. Barat Yusubov öz sosial şəbəkə hesabında paylaşaraq hər kəsi 6 aprel tarixində Yeni Klinikada keçiriləcək qanvermə aksiyasına qoşulmağa dəvət edib. O bildirib ki, bir neçə dəqiqəlik vaxt ayıraraq verilən qan, kimlər üçünsə illərlə davam edən bir həyat deməkdir.
Gəlin birlikdə bu aksiyada iştirak edək və ehtiyacı olan insanlara ümid olaq. Çünki bu, sadəcə bir aksiya deyil — həyatlara toxunmaq fürsətidir.







Oxşar -Yeniinfo.az
Kiyevdəki Azərbaycan səfirliyi vuruldu
İran səfiri konsulumuzun həlak olması ilə bağlı başsağlığı verdi
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
FHN Naxçıvan Tibb Kollecində fövqəladə hallarda davranış qaydaları barədə tədbir keçirib
Keçmiş təmas xəttindən kənarda nizamsız minalanma faktları var
Uşaqlarınızı bu platformalardan qoruyun - Ekspert
WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq..
Gürcüstan Azərbaycandan turist axınında artım gözləyir