Dənizdə batan Pərvizin atası: Bir-birini xilas etmək istəyiblər, hamısı boğulub
Dənizdə batan Pərvizin atası: Bir-birini xilas etmək istəyiblər, hamısı boğulub
Ötən gün Mərdəkan qəsəbəsi ərazisində dənizdə boğulan dörd nəfərdən biri – Məcidov Pərviz Zöhrab oğlunun axtarışları davam etdirilir.
Modern.az Yeni info.az xəbər verir ki, P.Məcidovun atası Zöhrab Məcidov Teleqraf-a açıqlamasında bildirib ki, oğlu üzməyi bilməyib.
Onun sözlərinə görə, sonuncu dəfə Pərviz dayısı Namiq Əzimov, həmçinin qohumları Elnur və Elmarla birlikdə dəniz kənarında kabab bişiriblər. Onlar spirtli içki qəbul etməyiblər. Bundan əlavə, Namiqin iki azyaşlı övladı da onların yanında olub.
Yeməkdən sonra Elnur Məcidov qayalıq ərazidə dənizə girib. Bir müddət sonra boğulmağa başlayıb. Bunu görən azyaşlılar kömək üçün ataları Namiqə müraciət ediblər. Dərhal Pərviz və Elmar Elnuru xilas etmək üçün suya giriblər. Lakin onlar da müvazinətlərini itirərək boğulmağa başlayıblar.
Hər üç şəxsi xilas edəcəyi ümidi ilə Namiq də suya baş vurub. Nəticədə dörd nəfərin hamısı dənizdə boğulub.
Zöhrab Məcidov bildirib ki, onun dörd övladı var və Pərviz övladlarının ən böyüyü idi:
“Onun çox arzuları vardı…”
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili Teleqraf-a bildirib ki, qurumun əməkdaşlarından ibarət üç axtarış qrupu hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Onun sözlərinə görə, ərazidə sualtı axınların müxtəlif istiqamətləri nəzərə alınaraq ətraf sulardakı xilasetmə məntəqələrinin dalğıc-xilasediciləri də axtarışlara cəlb olunublar







Oxşar -Yeniinfo.az
Aşura günü ilə bağlı qanvermə aksiyası başladı
Bu qəsəbə və kəndlərə növbəti köç karvanı yola salındı
Bakının mərkəzində maşın yandı
Dənizdə batan 4 gəncdən sonuncusunun da meyiti tapıldı
ABŞ Konqresində azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalmasına dair konfrans keçirilib
Hərbi xidməti təxirə salmaq üçün… – DİM sədri AÇIQLADI
Yeni Zelandiya sandılar, Azərbaycan imiş…
Dənizdə batan Pərvizin atası: Bir-birini xilas etmək istəyiblər, hamısı boğulub