Hərbi xidməti təxirə salmaq üçün… – DİM sədri AÇIQLADI
Hərbi xidməti təxirə salmaq üçün… – DİM sədri AÇIQLADI
“Magistratura və doktoranturaya hərbi xidməti təxirə salmaq üçün qəbul olunanlar da ola bilər”.
Globalinfo.az Yeni info.az-a xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Baku TV”yə müsashibəsində deyib.
Onun sözlərinə görə, magistraturaya qəbul imtahanları ölkədə keçirilən ən sadə qəbul imtahanlarından biri hesab olunur.
O bildirib ki, magistraturaya qəbul zamanı namizədlərin informatika üzrə istifadəçi səviyyəsində bilikləri, xarici dil hazırlığı və məntiqi təfəkkürü qiymətləndirilir:
“Müasir dünyada elmi fəaliyyətlə məşğul olmaq üçün iki əsas alət var – xarici dil və İT texnologiyaları. Bu alətlərlə işləməyi bacaran insanlar elmi fəaliyyətdə daha uğurlu olurlar. Əgər kimsə elmə marağının olduğunu deyir, lakin xarici dil öyrənmək və ya İT texnologiyalarını mənimsəmək istəmirsə, bu, ciddi yanaşma sayıla bilməz”.
Sədrin sözlərinə görə, imtahanın üçüncü mərhələsində namizədin məntiqi təfəkkürü yoxlanılır və bu keyfiyyət elmi araşdırmalar aparmaq istəyən şəxslər üçün vacib hesab olunur.
M.Abbaszadə qeyd edib ki, magistraturaya qəbul imtahanlarında namizədlərə ən azı iki dəfə iştirak imkanı yaradılır:
“İlk cəhddə çətinliklə üzləşən şəxslər zəif tərəflərini müəyyən edib yenidən imtahanda iştirak edə bilirlər”.
Doktoranturaya qəbul prosesinə toxunan DİM sədri vurğulayıb ki, qurum yalnız xarici dil imtahanını təşkil edir:
“Elmi fəaliyyətlə məşğul olmaq və doktoranturaya qəbul olunmaq istəyən şəxs xarici dili bilməlidir. Biz B2 səviyyəsində bilik tələb edirik və bu, kifayət qədər sadə imtahandır. Namizəd istəsə, bizim imtahanda iştirak etmədən beynəlxalq sertifikat da təqdim edə bilər. Həmin beynəlxalq imtahanların əksəriyyəti bizim imtahandan daha çətindir”.
Sədr doktoranturaya qəbul olmaq istəyənlərin motivasiyası ilə bağlı da diqqətçəkən məqama toxunub:
“Bu sahəyə gələnlərin hamısı doğrudanmı yalnız elmlə məşğul olmaq istəyən şəxslərdir? Yoxsa magistratura və ya doktoranturaya qəbul olunmaqla bir neçə il hərbi xidməti təxirə salmaq istəyənlər də var? Cəmiyyətimizdə belə hallar varmı? Bilmirəm, bəlkə də yoxdur”







Oxşar -Yeniinfo.az
Aşura günü ilə bağlı qanvermə aksiyası başladı
Bu qəsəbə və kəndlərə növbəti köç karvanı yola salındı
Bakının mərkəzində maşın yandı
Dənizdə batan 4 gəncdən sonuncusunun da meyiti tapıldı
ABŞ Konqresində azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalmasına dair konfrans keçirilib
Hərbi xidməti təxirə salmaq üçün… – DİM sədri AÇIQLADI
Yeni Zelandiya sandılar, Azərbaycan imiş…
Dənizdə batan Pərvizin atası: Bir-birini xilas etmək istəyiblər, hamısı boğulub