İran ABŞ-ın zəif nöqtəsini tapdı – 50 min hərbçi risk altında
İran ABŞ-ın zəif nöqtəsini tapdı – 50 min hərbçi risk altında
“ABŞ Yaxın Şərqdə yerləşdirilmiş 50 min amerikalı hərbçini İranın geniş raket arsenalından qorumaqda çətinlik çəkir”.
Yeni info.az-a Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti yazıb.
Məlumata görə, İranın ballistik raketi İordaniyadakı ABŞ hərbi bazasının yaşayış blokuna düşüb.
“Hücum nəticəsində azı iki amerikalı hərbçi həlak olub. Üç raket ABŞ-ın hava hücumundan müdafiə sistemini yararaq hədəfə çatıb”, – deyə bildirilib.
WSJ yazır ki, bu hadisələr ABŞ-ın Yaxın Şərqdəki 50 min hərbçisini İranın raket və pilotsuz uçuş aparatlarından etibarlı şəkildə qorumaqda üzləşdiyi çətinlikləri göstərir.
Bundan əvvəl İran ordusunun Küveytdəki ABŞ bazasında yerləşən HIMARS raket sistemlərinə zərbələr endirdiyi bildirilmişdi. Həmçinin İranın Yaxın Şərqin üç ölkəsində yerləşən ABŞ obyektlərini hədəfə aldığı iddia olunurdu. Məlumatlara əsasən, İran hərbçiləri İordaniyadakı Muvaffaq Salti aviabazasına, Səudiyyə Ərəbistanının Əl-Xarc şəhərində yerləşən Prince Sultan Hərbi Hava Qüvvələri bazasına və Küveytdəki silah anbarlarına zərbələr endirib.
Oxşar -Yeniinfo.az
Hazırlıqlar başladı, 30 min hərbçi Rusiyaya gəlir
Bu, çox ağıllı strategiyadır, Rusiya belə zəifləyir
İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir
Raket çatışmazlığı: Tramp İran planından geri çəkildi
Əraqçi Kallasla regional və beynəlxalq məsələləri müzakirə edib
Britaniya qoşunları Ukraynada sınaqdan keçirilmiş dronlarla təchiz olunacaq
KİV: ABŞ-İran münaqişəsi aylarla davam edə bilər
CENTCOM dəniz blokadası çərçivəsində Hörmüzdə 2 gəmiyə baxış keçirib