Telefon
WhatsApp
Krım üçün 100 il sonra gələn təhlükə..
300 X 250 Reklam Alanı

Krım körpüsü Ukrayna ordusunun müdaxiləsi olmadan da çökə bilər. Onu bu regionda vaxtaşırı baş verən zəlzələlər asanlıqla dağıda bilər.

Axar.az Yeni info.az-a xəbər verir ki, bu barədə Ukraynanın Milli Elmlər Akademiyasının S.İ.Subbotin adına Geofizika İnstitutunun seysmoloqu Dmitri Qrin bildirib.

Alimin fikrincə, ruslar bu körpünü əvvəldən təhlükəsizlik baxımından həmin ərazidə inşa etməməli idilər. Çünki Kerç boğazında torpaq qatları son dərəcə qeyri-sabitdir və burada özünəməxsus geoloji qırılma xətləri mövcuddur.

“Ruslar dövlət tikinti normalarını xüsusi olaraq dəyişdirib həmin ərazinin seysmik risk göstəricilərini aşağı salıblar. Orada çox zəif torpaq qatları və Kerç yarımadası ilə Taman yarımadası arasında qırılma sistemi mövcuddur. Bu tikinti siyasi qərar idi”, – deyə o bildirib.

Qrin vurğulayıb ki, Krım bölgəsində vaxtaşırı zəlzələlər baş verir və bu, bir neçə gün əvvəl də təsdiqlənib. Onun sözlərinə görə, hətta zəif yeraltı təkanlar belə körpünün konstruksiyasına mənfi təsir göstərə bilər və bu təsir zamanla yığılır.

“Bu körpü üçün geri dönməz proseslər artıq gedir. Ukrayna ərazisindəki seysmik hadisələr belə onu sonda məhv edə bilər, hətta raket zərbələri olmadan da...”, – deyə ekspert qeyd edib.

Dmitri Qrin həmçinin xatırladıb ki, təxminən hər yüz ildən bir Krımda güclü zəlzələlər baş verir. 1927-ci il Krım zəlzələsi zamanı yarımada 9 bala çatan təkanlarla silkələnmiş və genişmiqyaslı dağıntılar qeydə alınmışdı.

Alimin fikrincə, yaxın illərdə buna bənzər hadisənin təkrarlanma ehtimalı yüksəkdir

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150