Metro və avtobuslarla bağlı “sürpriz”: yeniliklər olacaq – TARİX
Metro və avtobuslarla bağlı “sürpriz”: yeniliklər olacaq – TARİX
Metro və marşrut avtobuslarında istifadə olunan “BakıKart”ın qiymətinin 2 manatdan 3 manata qaldırılması ictimaiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Bəzi ekspertlər bunu nəqliyyat sistemində daha geniş dəyişikliklərin anonsu kimi qiymətləndirirlər.
Kartın bahalaşması sadəcə texniki qərardır, yoxsa ictimai nəqliyyatda yeni mərhələnin başlanğıcı?
Yeni info.az-a Globalinfo.az məlumat verib ki, nəqliyyat eksperti Eldəniz Cəfərov məlumat verib ki, “BakıKart” sistemi artıq geniş şəkildə adaptasiya olunub, mobil tətbiqlər istifadəyə verilib və internet üzərindən ödəniş imkanları yaradılıb:
“Eyni zamanda, bank kartları vasitəsilə də ictimai nəqliyyatdan istifadə etmək mümkündür. Sərnişinlər mobil tətbiqlər üzərindən rahat şəkildə ödəniş edərək nəqliyyat xidmətlərindən yararlana bilirlər. Ona görə şərt deyil ki, bunun baha olduğunu düşünən kəs “BakıKart” alsın. Qurum kartın qiymətindəki dəyişikliklə bağlı açıqlama verib. Hesab edirəm ki, bahalaşmanın əsas səbəbi də məhz qeyd olunanlarla əlaqədardır”
Ekspert bildirib ki, ictimai nəqliyyatda rəqəmsallaşmanın yeni mərhələsinə artıq qədəm qoyulub:
“Qarşıdakı bir-iki il ərzində bu sahədə daha ciddi yeniliklər və dəqiqləşmələr olacaq. Bunun üçün həm cəmiyyət, həm də daşıyıcı şirkətlər yeni reallıqlara uyğunlaşmalıdır. Dövlətə məxsus daşıyıcı şirkətlər rəqəmsallaşma prosesinə daha sürətlə adaptasiya ola biliblər. Lakin bəzi özəl daşıyıcılar hələ də müəyyən texniki və təşkilati prosedurları tam tətbiq etməyiblər. Bu səbəbdən keçid prosesinin tamamlanması müəyyən vaxt tələb edəcək. Amma təkcə ictimai nəqliyyatda yox, ümumilikdə nəqliyyat sektorunda rəqəmsallaşma prosesi artıq başlayıb və mərhələli şəkildə genişlənməkdədir”







Oxşar -Yeniinfo.az
Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür
Türkmənistanın Azərbaycana dəstəyi Türk dünyasının birliyini gücləndirir - Azər Kərimli
Mərdəkanda dənizdə batan gənclərin Fotoları
Bu yerlərdə qiymətlər 15 faiz qalxacaq
Ən yaxşı yemişi seçməyin yolları
Sərdar Berdiməhəmmədov Azərbaycanda səfərdədir
İsmayıllıda iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var
Yasamalda yaşayış kompleksində mənzil yanıb