Telefon
WhatsApp
Rubio Slovakiya və Macarıstana səfər edəcək, Robert Fitso və Orbanla görüşəcək
300 X 250 Reklam Alanı

Bu gün ABŞ dövlət katibi Marko Rubionun Slovakiya və Macarıstana iki günlük səfəri başlayır.

APA-nın xəbərinə görə, Dövlət Departamentinin ötən həftə yaydığı məlumatda bildirilmişdi ki, Marko Rubio səfər çərçivəsində enerji sahəsində əməkdaşlıq və NATO qarşısında öhdəliklər də daxil olmaqla ikitərəfli məsələləri müzakirə edəcək.

Dövlət katibi jurnalistlərə aşıqlamasında deyib ki, Slovakiya və Macarıstan ABŞ-la güclü münasibətləri olan, sıx əməkdaşlıq edən ölkələrdir: “Bu ölkələrə səfər etmək üçün yaxşı imkandır, həm də indiyədək getmədiyim iki ölkədir”.

Qeyd edək ki, Marko Rubio bazar günü Bratislavada Slovakiyanın Baş naziri Robert Fitso ilə görüşəcək. Robert Fitso ötən ay Floridada ABŞ Prezidenti Donald Trampla bir araya gəlib.

Dövlət katibinin bazar ertəsi isə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşəcəyi gözlənilir.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150