Telefon
WhatsApp
Rusiya hazırda əsas diqqəti buna yönəldib
300 X 250 Reklam Alanı

Son sutka ərzində ən çox döyüş toqquşmaları Pokrovsk istiqamətində qeydə alınıb. Çünki Rusiya burada Donetsk vilayətində gələcək hücum əməliyyatları üçün şərait yaratmağa çalışır.

Axar.az Yeni info.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Andrey Kramarov deyib.

Onun sözlərinə görə, rus qüvvələri Pokrovsk-Mirnoqrad aqlomerasiyasını tam nəzarətə götürməyə daha məqsədyönlü şəkildə çalışırlar:

“Hazırda xəritə baxımından bu əraziyə şərti olaraq sahib olsalar da, Ukrayna qoşunları və mövqeləri o qədər yaxındadır ki, ruslar bu ərazidən səmərəli istifadə edə bilmirlər. Onlar buranı Dobropillya, Belozerske və Novodonetske istiqamətində, həmçinin Donetsk vilayətinin inzibati sərhədinə doğru irəliləmək üçün dayaq məntəqəsinə çevirmək istəyirlər”.

Ekspert bildirib ki, Rusiya hazırda əsas diqqəti Ukrayna qüvvələrini Pokrovsk-Mırnoqrad aqlomerasiyasından mümkün qədər uzaqlaşdırmağa yönəldib.

Eyni zamanda, Konstantinovka bölgəsində rus ordusu fərqli taktika tətbiq edir:

“Hazırda düşmən aktiv şəkildə infiltrasiya əməliyyatları aparmağa çalışır, müdafiə xəttimizdən dörd-beş nəfərlik deyil, artıq bir-iki nəfərlik qruplarla keçməyə cəhd edir. Bununla onlar “boz zona”nı genişləndirmək və əsas nəqliyyat qovşağını tam nəzarətə götürmək istəyirlər”

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150