Rusiyadakı benzin qıtlığının Azərbaycana təsiri var? - deputat açıqladı
Rusiyadakı benzin qıtlığının Azərbaycana təsiri var? - deputat açıqladı
Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina büdcə xərclərinin artması və yanacaq qiymətlərinin kəskin yüksəlməsi fonunda ölkədə inflyasiya risklərinin kritik həddə çatdığını bəyan edib. "Rosstat"ın məlumatına görə, pərakəndə satışda benzin ilin əvvəlindən bəri 6.6% bahalaşıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə ikiqat artımdır.
Ekspertlər daxili bazardakı bu kəskin yanacaq qıtlığı və bahalaşmanı Ukraynanın Rusiyadakı neft emalı zavodlarına (NEZ) ardıcıl zərbələr endirməsi ilə əlaqələndirirlər. Maraqlıdır, Azərbaycanın "Aİ-95" markalı benzini idxal etdiyi ölkələr siyahısında 3-cü yerdə qərarlaşan Rusiyadakı bu gərginlik bizim daxili bazara və ticarət dövriyyəsinə necə təsir edəcək? Rusiya daxili bazarındakı bahalaşma ölkəmizdə yanacağın qiymətlərinə təsir göstərə bilərmi?
Məsələ ilə bağlı Yeni info.az-a Modern.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Rusiyada baş verən qiymət artımlarının Azərbaycanın istehlak bazarına təsirlərini minimumlaşdırmaq imkanları mövcuddur.
"Azərbaycanda "Aİ-92" markalı benzinin qiyməti dövlət tərəfindən təzimlənir və tənzimlənən qiymətlər siyahısındadır. Amma "Aİ-95" premium markalı benzin xaricdən idxal olunur. Bu benzin növü yalnız Rusiyadan deyil, eyni zamanda bir sıra digər ölkələrdən də gətirilir.
Nəzərə alsaq ki, Rusiyada benzinin qiymətindəki artımlar yeni deyil, əvvəlki aylarda və hətta ötən il də orada qiymət artımı müşahidə olunurdu. Azərbaycan artıq idxalı şaxələndirməyə, yəni diversifikasiya etməyə çalışır. Digər alternativ ölkələrdən də premium markalı benzinin idxalı həyata keçirilir".
V.Bayramov yerli istehsal faktorunu və qlobal neft bazarındakı son tendensiyaları da xüsusi vurğulayıb:
"Artıq ölkəmizdə yerli istehsal da təşkil olunub. Bu kontekstdən yanaşsaq, Rusiyadakı benzinin qiymətinin yüksəlməsi Azərbaycan bazarına ciddi təsir göstərməməlidir. Çünki alternativlərin olması praktik olaraq bazardakı qiymətlərin optimallığını qoruyub saxlamağa imkan yaradır.
Ümumiyyətlə, qlobal miqyasda neftin bazar qiymətindəki artımlar dünya bazarında yanacağın qiymətini yüksəltmişdi. Lakin Hörmüz boğazındakı çətinliklər aradan qaldırıldıqdan, xüsusən də ABŞ və İran arasındakı son anlaşmadan sonra neftin qiyməti artıq optimallaşıb və müəyyən qədər azalıb. Ona görə də Azərbaycan idxal coğrafiyasını genişləndirməklə və digər ölkələrdən benzin alışını artırmaqla daxili bazarda kəskin qiymət dalğalanmalarının qarşısını ala bilər".







Oxşar -Yeniinfo.az
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
Prezidentin sosial media hesablarında Ordumuzla bağlı videoçarx paylaşıldı
Hibrid və elektrik avtomobillərinin idxalında GÜZƏŞT OLACAQ?
Göygöldə "QAZel" yeddi yaşlı uşağı vurdu
Rusiyadakı benzin qıtlığının Azərbaycana təsiri var? - deputat açıqladı
Səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçumuz dünyasını dəyişdi
Bakıda hərbçilərin yürüşü keçirilir