Rusiyanın cəbhədə 722 min əsgəri var - Getman
Rusiyanın cəbhədə 722 min əsgəri var - Getman
Ukrayna rus işğalçıların potensial planlarına qarşı çıxmaq üçün səfərbər edilmiş qoşunların sayını 20-30% artırmalıdır.
Yeni info.az-a Axar.az xəbər verir ki, bu barədə "Kiyev 24" telekanalına ukraynalı hərbi ekspert Aleksey Getman deyib.
"Düşmənin təzyiq göstərməyə başlaya biləcəyi cəbhənin həmin hissələrini əhatə etmək üçün kifayət qədər insanımız, xüsusən də yeni briqadalarımız və ya yeni korpuslarımız olmaya bilər”, - deyə o bildirib.
Getman əlavə edib ki, söhbət şimal, şərq və cənub istiqamətlərindən gedir.
Ekspertin sözlərinə görə, ruslar beş yeni diviziya və yeddi briqada hazırlayırlar.
"Hazırda onların cəbhə xəttində 722 min əsgəri var. Ağır itkilərə baxmayaraq, onların sayı, məsələn, mart ayı ilə müqayisədə təxminən 10 min artıb", - deyə Getman vurğulayıb.
Oxşar -Yeniinfo.az
Hazırlıqlar başladı, 30 min hərbçi Rusiyaya gəlir
Bu, çox ağıllı strategiyadır, Rusiya belə zəifləyir
İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir
Raket çatışmazlığı: Tramp İran planından geri çəkildi
Əraqçi Kallasla regional və beynəlxalq məsələləri müzakirə edib
Britaniya qoşunları Ukraynada sınaqdan keçirilmiş dronlarla təchiz olunacaq
KİV: ABŞ-İran münaqişəsi aylarla davam edə bilər
CENTCOM dəniz blokadası çərçivəsində Hörmüzdə 2 gəmiyə baxış keçirib