Tramp Türkiyəyə gedir - O, üç prezidenti təriflədi
Tramp Türkiyəyə gedir - O, üç prezidenti təriflədi
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ona zəng edərək iyul ayında Ankarada keçiriləcək NATO sammitində iştirakını xahiş edib.
Modern.az-ın Yeni info.az-a verilən məlumatına görə, Tramp bu barədə jurnalistlərə Oval kabinetdə deyib.
“O dedi: "Xahiş edirəm, Türkiyədə keçiriolən bu tədbirdə olasınız. ABŞ orada olmalıdır". Buna görə də mən Prezident Ərdoğana hörmət əlaməti olaraq Türkiyəyə gedəcəm”, – deyə Tramp bildirib.
NATO-nun baş katibi Mark Rutte ilə Oval kabinetdə keçirdiyi görüş zamanı jurnalistlərin suallarını cavablandıran Tram deyib ki, Ankarada keçiriləcək NATO sammitindən əvvəl Türkiyəyə F-35 qırıcılarının tədarükü ilə bağlı müsbət qərar verə bilər.
Tramp Ərdoğanın şəxsi keyfiyyətlərini yüksək qiymətləndirərək, onu dostu adlandırıb və ondan xoşu gəldiyini bildirib.
“Türkiyə NATO üzvüdür. Bəzi insanlar bunu nəzərə almırlar. Mən onu sevindirəcək bir addım atacağam”, – deyə ABŞ prezidenti qeyd edib.
Tramp həmçinin Türkiyənin ABŞ-ın İrana qarşı müharibəsinə qoşulmamasını yüksək qiymətləndirib.
“O, müharibəyə qoşulmadı. Bilirsiniz, o, İranla müharibəyə qoşulmağa ən yaxın namizədlərdən biri idi, hətta bəlkə də İranın tərəfində ola bilərdi. Çünki bildiyiniz kimi, o, İsrailin tərəfdarı deyil. Mən ondan qarışmamağı xahiş etdim və o da qarışmadı. Bilirsiniz daha kim böyük insan idi? Çin Xalq Respublikasının sədri Si Cinpin. Ərdoğan böyük liderdir, güclü şəxsiyyətdir, əla hərbçidir. Mən ondan qarışmamağı xahiş etdim və o bunu etdi. Eynilə Si Cinpin kimi. Açığını desəm, Vladimir Putin də”, – deyə Tramp bildirib







Oxşar -Yeniinfo.az
Tramp: İran bütün tələbləri qəbul edib
Krasnodarda “Mi-2” helikopteri qəzaya uğrayıb
Tramp Türkiyəyə gedir - O, üç prezidenti təriflədi
ABŞ Türkiyəyə F-35 qırıcıları verməyə hazırlaşır - Vens
Krım üçün 100 il sonra gələn təhlükə..
Rusiya hazırda əsas diqqəti buna yönəldib
Avropa və Rusiya qarşıdurma həddinə çatıb - Diplomat
Tramp NATO sammitində iştirak etməsinin əsas səbəblərindən biri kimi Ərdoğana duyduğu hörməti göstərib