Yaponiyada 7.2 bal gücündə zəlzələ oldu: Xəsarət alanlar var
Yaponiyada 7.2 bal gücündə zəlzələ oldu: Xəsarət alanlar var
Yaponiyanın şimal-şərqində 7.2 maqnitudalı zəlzələ baş verib.
Oxu.Az Yeni info.az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri İvate prefekturasından şərqdə, Sakit okeanda yerləşib, zəlzələ ocağı isə 50 km dərinlikdə olub.
Yapon seysmoloqları ilkin olaraq zəlzələnin gücünü 6.9 maqnituda səviyyəsində qiymətləndirsələr də, sonradan bu rəqəmi 7.2-yə qədər yüksəldiblər. Yeraltı təkandan dərhal sonra sunami təhlükəsi elan edilsə də, bir neçə dəqiqədən sonra xəbərdarlıq geri götürülüb.
"Kyodo" agentliyinin məlumatına əsasən, təbii fəlakət nəticəsində Yaponiyada ən azı beş nəfər zərər çəkib. Xəsarət alanların İvate və Aomori prefekturalarında qeydə alındığı, onların hamısının yıxılma səbəbindən yüngül travmalar aldığı bildirilir.
Bununla yanaşı, yerli sakinlərə diqqətli olmaları tövsiyə edilib. Milli Meteorologiya İdarəsi yaxın bir həftə ərzində güclü təkrar təkanların baş verə biləcəyi ehtimalı ilə bağlı xəbərdarlıq edib.
Yaponiyanın Baş naziri Sanae Takaitinin administrasiyası nəzdində zəlzələ və onun fəsadları haqqında məlumatların toplanması, habelə təhlili məqsədilə təcili qərargah fəaliyyətə başlayıb. Yeraltı təkanlar nəticəsində yerli nüvə obyektlərində, o cümlədən qəzalı "Fukusima-1" Atom Elektrik Stansiyasında hər hansı qeyri-adi vəziyyət qeydə alınmayıb.
Təbii fəlakət ölkənin dəmir yolu şəbəkəsində də fasilələrə səbəb olub, xüsusən də şimal-şərq regionunun bəzi istiqamətlərində "Sinkansen" markalı sürətli qatarların hərəkəti müvəqqəti dayandırılıb.
Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional filialına məxsus "Yujno-Saxalinsk" seysmik stansiyasından verilən məlumata görə, Yaponiyanın şimal-şərqindəki təkanları Kunaşir (Kuril adaları) adasının sakinləri də hiss ediblər.
Stansiyadan "Episentri Honşu adasının şimal-şərq sahilidir. Kunaşirdə iki-üç bala qədər hiss olunub", - deyə məlumat verilib.
Kuril adalarının sahilləri üçün hər hansı sunami təhlükəsi elan olunmayıb







Oxşar -Yeniinfo.az
Tramp: İran bütün tələbləri qəbul edib
Krasnodarda “Mi-2” helikopteri qəzaya uğrayıb
Tramp Türkiyəyə gedir - O, üç prezidenti təriflədi
ABŞ Türkiyəyə F-35 qırıcıları verməyə hazırlaşır - Vens
Krım üçün 100 il sonra gələn təhlükə..
Rusiya hazırda əsas diqqəti buna yönəldib
Avropa və Rusiya qarşıdurma həddinə çatıb - Diplomat
Tramp NATO sammitində iştirak etməsinin əsas səbəblərindən biri kimi Ərdoğana duyduğu hörməti göstərib