Zelenski Orbanı hədələdi: "Onun ünvanını silahlı qüvvələrimizə verərik"
Zelenski Orbanı hədələdi: "Onun ünvanını silahlı qüvvələrimizə verərik"
Ukrayna Prezidenti Volodimir Zelenski Macarıstanın Baş naziri Viktor Orbanın 90 milyard avroluq krediti bloklamağa davam edəcəyi təqdirdə onun ünvanını Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinə verəcəyini bildirib.
Zelenski bu barədə brifinq zamanı bildirib.
"Ümid edirik ki, Avropa İttifaqında bir nəfər 90 milyardı və ya 90 milyardlıq ilk tranşı bloklamayacaq və ukraynalı döyüşçülərin silahı olacaq. Əks halda, bu şəxsin ünvanını silahlı qüvvələrimizə verərik. Qoy ona zəng vurub öz dilində danışsınlar", - deyə Zelenski macarıstanlı naziri nəzərdə tutaraq vurğulayıb.
Xatırladaq ki, Avropa Parlamentinin Prezidenti Roberta Metsola Ukrayna üçün 2026-2027-ci illər üçün 90 milyard avroluq kreditin verilməsi haqqında sazişi imzalayıb. Bu vəsait müharibə şəraitində ölkənin sabitliyini təmin etməlidir.
Lakin Macarıstan maliyyələşdirməni bloklayıb. Budapeşt ultimatum irəli sürüb: kredit yalnız Ukrayna "Drujba" boru kəməri ilə Rusiya neftinin tranzitini bərpa etdikdən sonra təsdiqlənəcək.







Oxşar -Yeniinfo.az
Ərdoğanın Makrona İranla bağlı dedikləri məlum oldu
Tramp: İrandan sonra növbə bu ölkənindir
Orban Ukraynanı hədələdi: Güc yolu ilə qalib gələcəyik!
ABŞ İranın aviadaşıyıcı gəmisini vurdu: yanır…
İranda komandanlıq yoxdur, Azərbaycana zərbə... - Naumov
İran daha intensiv hücumlara başlayacağını elan etdi
İtaliyanın xarici işlər naziri: "İrandakı səfirliyimiz fəaliyyətini Bakıda davam etdirəcək"
Zelenski Orbanı hədələdi: "Onun ünvanını silahlı qüvvələrimizə verərik"