Zelenski: Ukraynada ballistik raketələrdən müdafiə üçün HHM raketləri çatışmır
Zelenski: Ukraynada ballistik raketələrdən müdafiə üçün HHM raketləri çatışmır
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Rusiyanın ballistik raket hücumlarını dəf etmək üçün hava hücumundan müdafiə raketlərinin kəskin çatışmazlığı ilə üzləşdiyini bildirib.
“Sky News“ telekanalına müsahibəsində Zelenski deyib ki, hazırda əsas diqqət ABŞ Prezidenti Donald Trampla və digər müttəfiqlərlə danışıqlara yönəlib.
O bildirib ki, məqsəd Ukraynanın müdafiəsi üçün silah və maliyyə dəstəyinin davam etdirilməsi, həmçinin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsidir.
"Bizi qorumaq üçün raketlər çatışmır, bu, ciddi problemdir. Rusiyanın hərbi sənayesinə qarşı sanksiyalar kifayət etmir. Onlar ballistik raket istehsalını artırırlar. Buna görə də hava hücumundan müdafiə sistemlərinə mümkün qədər tez ehtiyacımız var", – deyə Zelenski bildirib.
Prezident qeyd edib ki, Rusiya iri şəhərlərə qarşı ballistik raketlərdən daha çox istifadə edir. Onun sözlərinə görə, təkcə ötən həftə Kiyevə bir saat ərzində 40 ballistik raket atılıb.
Zelenski əlavə edib ki, Yaxın Şərqdəki münaqişə səbəbindən Ukraynanın hava hücumundan müdafiə vasitələrinə çıxışı da çətinləşib.
Oxşar -Yeniinfo.az
İranla ABŞ arasında mesaj mübadiləsi aparılır - Bəqai
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
ABŞ İranla müharibədə itkilərinin yeni siyahısını açıqlayıb - 18 ölü, 624 yaralı
Zelenski: Ukraynada ballistik raketələrdən müdafiə üçün HHM raketləri çatışmır
Hazırlıqlar başladı, 30 min hərbçi Rusiyaya gəlir
Bu, çox ağıllı strategiyadır, Rusiya belə zəifləyir
İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir
Raket çatışmazlığı: Tramp İran planından geri çəkildi