25 May - Hava Haqqında Məlumat
25 May - Hava Haqqında Məlumat
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 15-17° isti, gündüz 24-27° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti olacaq.







Oxşar -Yeniinfo.az
Aprelin 6-da gözlənilən hava şəraiti
Aprelin 5-də gözlənilən hava şəraiti
Aprelin 4-də gözlənilən hava şəraiti
Aprelin 3-də gözlənilən hava şəraiti
Aprelin 2-də gözlənilən hava şəraiti
Aprelin 1-də gözlənilən hava şəraiti
Martın 31-də gözlənilən hava şəraiti
Martın 30-da gözlənilən hava şəraiti