260 ədəd elektrik mühərrikli avtobuslar Azərbaycana gətiriləcək
260 ədəd elektrik mühərrikli avtobuslar Azərbaycana gətiriləcək
Ötən il “BakuBus” MMC ümumi dəyəri 74 mln. ABŞ dolları olan 260 ədəd elektrik mühərrikli avtobusun Azərbaycana gətirilməsi üçün sifarişi verib.
Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Qeyd edilib ki, onlardan 60 ədədinin (9 metrlik) Naxçıvan Muxtar Respublikasında, 200 ədədinin (12 və 10,8 metrlik) isə Bakı şəhərində istismara verilməsi nəzərdə tutulur.
Ötən ilin sentyabr ayından etibarən SKD (Semi Knocked Down) üsulu ilə elektrik mühərrikli avtobusların yığılması, o cümlədən korpus və daxili hissələrin yığımı həyata keçirilir. 2025-ci il 24 sentyabr tarixində BYD Şirkətinin nümayəndələrinin Bakıya səfəri çərçivəsində Sumqayıt Sənaye Parkında yerləşən zavodda SKD üsulu ilə yığılan ilk elektrik mühərrikli avtobusun “BakuBus” MMC-yə təhvil verilməsi mərasimi baş tutmuşdur. 2027-ci ilin mart ayından etibarən CKD üsulu ilə avtobusların tam yığımı, o cümlədən qaynaq, boyama və son yığım prosesləri həyata keçiriləcəkdir. Bunun üçün 3 hektar ərazi ayrılmış, 2026-cı ildə tikinti işlərinə başlanılaraq qeyd edilən tarixədək yekunlaşdırılması nəzərdə tutulur.







Oxşar -Yeniinfo.az
Azərbaycanda gömrüklə bağlı daha bir YENİLİK
Bibiheybət yolunda bərpa işləri aparılır
Əsl təbii şokoladla saxtanı necə ayırd edək?
Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi
Tiflis prospektində yeni qayda: qırmızı işıqda dönmək olar
Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə öldü
Xəzər dənizi üzərində 9 PUA vuruldu
Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?