"28 May"dan "Nizami"yə metro işləməyəcək
"28 May"dan "Nizami"yə metro işləməyəcək
Tədris ilinin başlanmasıyla əlaqədar metrodan istifadə edənlərin sayı artdığı üçün ictimaiyyətə maraqlıdır ki, sözügedən inşaat işləri nə vaxt başlayacaq?
"Bakı Metropoliteni"nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, işlərin başlanması 2026-cı ilin əvvəlində nəzərdə tutulub. Ondan əvvəl isə hazırlıq işləri başlayacaq.
Bəs "Nizami”yə gedənlər üçün hansı imkanlar yaradılacaq?
Bəxtiyar Məmmədov qeyd edib ki, sərnişinlərin "Nizami” stansiyasına gedişi yerüstü formada təşkil olunacaq.
"Bu istiqamətdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birlikdə intensiv iş aparılır. İnşaat işlərinin başlanmasına yaxın zamanda ictimaiyyətə məlumat veriləcək”.
Bəzi fikirlərə görə, "Nizami”yə gediş üçün ödənişsiz avtobuslar təşkil oluna bilər. Bu iddialar doğrudur?
"Bu məsələlərin ictimaiyyətə açıqlanacaq detalı hələki yoxdur. Yerüstü istiqamətdə imkanlar yaradılacaq”, deyə qurum rəsmisi bildirib.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu