285 azərbaycanlı Avropanı tərk etməyə məcbur edildi
285 azərbaycanlı Avropanı tərk etməyə məcbur edildi
"Eurostat" nəşri 2026-cı ilin yanvar-mart aylarında Avropa İttifaqı ölkələrindən üçüncü ölkələrə deport edilənlərin sayını açıqlayıb.
Yeni info.az-a Modern.az xəbər verir ki, siyahıda Azərbaycan vətəndaşları da var.
Belə ki, cari ilin ilk rübündə Avropa İttifaqı ölkələrindən ümumilikdə 285 nəfər Azərbaycan vətəndaşı deport edilib.
Siyahıda ilk yerdə qardaş Türkiyə yer alıb. Hesabat dövründə Türkiyə vətəndaşlarından 3555 nəfər Aİ ölkələrindən deport ediliblər. Siyahının ikinci pilləsində də qonşu ölkə yer alır. Belə ki, 2060 vətəndaşı deport edilən Gürcüstan siyahıda 2-ci yeri tutub. Digər qonşu ölkələr-Rusiya, İran və Ermənistan da siyahıda yer alıb. Rusiyanın 900, Ermənistanın 285, İranın isə 130 vətəndaşı bu ilin yanvar-mart ayları ərzində Birliyin ərazisindən deport ediliblər.
Ümumilikdə isə 2026-cı ilin birinci rübündə Aİ ölkələri 108,5 min nəfərə ərazini tərk etmək barədə göstəriş versə də, onların yalnız 34,6 mini faktiki olaraq deportasiya olunub.







Oxşar -Yeniinfo.az
Avro ilə bağlı YENİ QƏRAR
Amerkalılar Zəngəzur dəhlizinin keçəcəyi ərazidə oldular
Bakıda Azərbaycan və Serbiyanın hərbi mütəxəssisləri arasında görüş keçirilib
Bakının bəzi küçələrində velosiped və skuter idarə edənlərin təhlükəsizliyi təmin edilib
Azərbaycan Rusiya ilə Samur çayının su ehtiyatlarının bölüşdürülməsini müzakirə edib
Zəngəzur dəhlizi ilə bağlı sənədlər hazırlanır - Nazir
Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar..
İnfarkt və insulta səbəb olan əsas yeməklər