AB Maduroya görə niyə susur? - Tramp qorxusu...
AB Maduroya görə niyə susur? - Tramp qorxusu...
ABŞ Prezidenti Donald Trampı qəzəbləndirməkdən və təhlükəsizlik sahəsində dəstəyini itirməkdən ehtiyat edən Avropa Birliyi faktiki olaraq Venesueladakı vəziyyətə aydın qiymət verməkdən yayınır və bununla da suverenliyin və beynəlxalq qaydaların müdafiəsi ilə bağlı öz arqumentlərini zəiflədir.
Bu barədə “Faynənşl Tayms” nəşri yazıb.
“Milli liderlərin, siyasətçilərin və ekspertlərin haqlı olaraq beynəlxalq hüququn pozulması kimi qiymətləndirdiyi bu əməliyyat AB hökumətləri qarşısında ciddi hüquqi və mənəvi suallar qoyur”, – məqalədə qeyd olunur.
Bildirilir ki, demək olar dörd il ərzində Avropa Birliyi Ukraynaya silah və maliyyə yardımı göstərilməsini suverenliyin və ərazi bütövlüyünün müdafiəsi zərurəti ilə əsaslandırıb. Halbuki AB-nin baş diplomatı Kaya Kallasın Macarıstandan başqa bütün üzv dövlətlər tərəfindən dəstəklənən bəyanatında Venesuelada bu iki prinsipin pozulduğu açıq şəkildə bildirilməyib.
Vurğulanıb ki, ən sərt ifadə “beynəlxalq hüquq prinsipləri və BMT Nizamnaməsi qorunmalıdır” fikri olub və əlavə edilib ki, BMT Təhlükəsizlik Şurasının üzvləri bu məsələdə “xüsusi məsuliyyət” daşıyırlar.
Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelanın paytaxtı Karakasa zərbələr endirib. Xüsusi təyinatlı qüvvələr isə ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.







Oxşar -Yeniinfo.az
Əli Laricani: "ABŞ bizə Oman vasitəsilə bir neçə mesaj ötürüb"
BMW yüzminlərlə avtomobilini geri çağırır
Zelenski: Rusiya və Belarus istisna olmaqla istənilən ölkədə danışıqlara hazırıq
Rusiya XİN: ABŞ Almaniyada uzaqmənzilli raketlər yerləşdirsə, Moskva cavab verəcək
Türkiyə XİN başçısı: ABŞ İranın uranı məhdud həcmdə zənginləşdirməsinə razılıq verməyə hazırdır
Tramp İranla danışıqların davam etdirilməsində israrlıdır
Volqoqrad vilayəti raket atəşinə məruz qalıb
ABŞ-dan erməni diasporuna zərbə: Qondarma soyqırım.