Abdulkadir Uraloğlu: Ermənistanla irəli addımlar ata bilərik, ancaq Azərbaycanla razılıq vacibdir
Abdulkadir Uraloğlu: Ermənistanla irəli addımlar ata bilərik, ancaq Azərbaycanla razılıq vacibdir
Türkiyə nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkəsinin Ermənistanla irəliyə doğru addımlar ata bilməsi üçün əvvəlcə Azərbaycanla razılığın əldə olunmasının vacib olduğunu bildirib.
Hazırda danışıqların aparıldığını qeyd edən Uraloğlu, Ermənistanın Zəngəzur dəhlizinə qarşı çıxmadığını da vurğulayıb:
“Ermənistanın əvvəlki və indiki nəqliyyat nazirləri ilə danışmışam. Onların Zəngəzur dəhlizinə qarşı çıxmaq kimi bir niyyətləri yoxdur. Azərbaycanla görüşlər aparılır və Trump da prosesi yaxından izləyir.
Azərbaycan və Ermənistanın əvvəlcə oturub razılığa gəlməlidir. Ondan sonra biz Türkiyə olaraq yaxşı qonşuluq münasibətləri çərçivəsində Ermənistanla daha irəliyə doğru addımlar ata bilərik. Amma bizim üçün prezidentimizin yanaşması da bu yöndədir.
Ermənistan Baş naziri Paşinyan’ın həqiqətən bu nöqtədə irəliləyiş üçün ciddi məsuliyyətlər götürdüyünü bilirik. Xarici İşlər Nazirliyimiz bütün prosesi aparır və biz də onlarla koordinasiyada işləyirik”, – deyə nazir qeyd edib.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək