Telefon
WhatsApp
ABŞ administrasiyası Pentaqonun adını dəyişib
300 X 250 Reklam Alanı

ABŞ prezidenti Donald Trampın administrasiyası ABŞ Müdafiə Nazirliyi olan Pentaqonun adını dəyişib “Müharibə Nazirliyi” adlandırmağı nəzərdən keçirir.

 

Bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.

 

Məlumata görə, artıq Trampın ikinci prezidentlik müddətinin ilk həftələrində Pentaqon qurumun adını və rəhbərinin vəzifəsini dəyişdirəcək qanunvericilik təklifləri üzərində işləməyə başlayıb.

 

Qeyd olunur ki, bununla bağlı Konqresin təsdiqi tələb olunduğu üçün Ağ Ev bunu etmək üçün başqa yollar axtarır.

 

Xatırladaq ki, qurum 1789-cu ildən 1947-ci ilə qədər ABŞ Müharibə Nazirliyi adlanıb. Daha sonra qurumun adı dəyişdirilərək Milli Hərbi Departamentə çevrilib. 1949-cu ildə isə yenidən adı dəyişilərək ABŞ Müdafiə Nazirliyi adlandırılıb.

 

Tramp dəfələrlə Pentaqonun əvvəlki adının bərpa olunmasının əleyhinə olmadığını bildirib. O “Müharibə Nazirli” adını daha səs-küylü hesab etdiyini deyib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150