ABŞ Avropadakı qoşunlarının sayını azaltmaq niyyətində deyil
ABŞ Avropadakı qoşunlarının sayını azaltmaq niyyətində deyil
Avstraliyanın şərq sahilində, Şellharbur hava limanı yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Yeni Cənubi Uels ştatının polisi 3 nəfərin öldüyünü bildirib.
Məlumata görə, qəza yerli vaxtla səhər saat 10:00 radələrində (Bakı vaxtı ilə saat 3:00) Şellharbur hava limanı yaxınlığında (Sidneydən 100 km cənubda yerləşir) baş verib.
"Yüngül təyyarənin qəzaya uğraması xəbərini aldıqdan sonra xilasetmə xidmətləri hadisə yerinə gəlib. Təyyarə hava limanından qalxdıqdan dərhal sonra yerə çırpılıb və zərbədən sonra alovlanıb", - polis bildirib və qəza nəticəsində 3 nəfərin həlak olduğunu açıqlayıb.
Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb, qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...