ABŞ bölgəyə 40 min qüvvə yığıb: Bu ordu ilə İrana girəcək?
ABŞ bölgəyə 40 min qüvvə yığıb: Bu ordu ilə İrana girəcək?
Vaşinqtonun regiona böyük hərbi qüvvə cəmləməsi iki məqsədə xidmət edə bilər: ya Donald Tramp İranı təzyiq altında saxlayaraq razılaşmaya məcbur etməyə çalışır, ya da doğrudan da real hərbi əməliyyatlara hazırlıq gedir.
Bu sözləri açıqlamasında siyasi ekspert Turab Rzayev ABŞ-ın İrana qarşı mümkün quru əməliyyatını şərh edərkən deyib.
Onun sözlərinə görə, bu qədər qüvvə toplayıb heç bir addım atmaması ABŞ-ın beynəlxalq imicinə mənfi təsir göstərər:
“Hazırda bölgədə bir ABŞ aviadaşıyıcısı mövcuddur və texniki səbəblərlə geri çəkilən “USS Gerald R. Ford”un yerinə “USS Corc Buş” göndərilir. Bu gəminin Aralıq dənizinə çatması ilə ABŞ həm İsraili qorumaq, həm də İrana qarşı zərbə imkanlarını genişləndirmək niyyətindədir. Düşünürəm ki, Tramp məhz buna görə İrana əlavə vaxt verir.
Bölgəyə müxtəlif istiqamətlərdən əlavə qüvvələr cəlb olunur və ABŞ-ın ümumi hərbi kontingenti 40 min nəfərə çata bilər. İsrailin də 10-12 min xüsusi təyinatlı ilə dəstək verməsi ehtimal olunur. Bu qüvvə İran kimi mürəkkəb ölkəni işğal etmək üçün kifayət deyil. İraqda 500 min əsgərdən söhbət gedirdi. İran İraqdan dəfələrlə böyükdür və çətindir. Daha real ssenari Hörmüz boğazı, Xark adası və ya Bəndər-Abbas kimi strateji nöqtələrə yönəlmiş xüsusi əməliyyatlar ola bilər”.
Ekspert vurğulayır ki, belə halda İran genişmiqyaslı müqavimət göstərə, partizan müharibəsinə əl ata və raket arsenalından daha aktiv istifadə edə bilər:
“Həmçinin İranın müttəfiqlərinin - Çin və Rusiyanın dəstəyi artacaq. Bu ölkələrin əsas məqsədi ABŞ-ın İran bataqlığına daha çox batmağıdır. ABŞ-ı tələyə salmaq istəyirlər. Müəyyən qədər tələyə düşüb, lakin quru əməliyyatını başlasa, daha çıxılmaz bir mərhələyə çatacaq”.
Nəticə etibarilə, Turab Rzayev mümkün hərbi addımların daha çox təzyiq və danışıqlara məcburetmə xarakteri daşıdığını hesab edir. Onun qənaətinə görə, məhdud əməliyyatlarla İranın işğalı və ya həlledici nəticə əldə edilməsi real görünmür.







Oxşar -Yeniinfo.az
İranın raket ehtiyatları yerin altında toxunulmaz qalıb
İran Küveytin neft zavodu vurdu
İranda humanitar yardımla dolu konteynerlər vuruldu
Rusiya qırıcısı Krımda qəzaya uğradı
Bu ölkə xüsusi təyinatlılarını Yaxın Şərqə göndərdi
İran ABŞ pilotunu əsir götürdü
BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır
ABŞ İranın BMT-dəki səfir müavinini ölkədən çıxardı