ABŞ Çin məhsullarına olan asılılığın fərqindədir
ABŞ Çin məhsullarına olan asılılığın fərqindədir
ABŞ Çin məhsullarına olan asılılığın fərqindədir və bu asılılığı azaltmaq üçün daxili istehsalın gücləndirilməsini hədəfləyir.
Bu barədə ABŞ Dövlət katibi Marko Rubio "77 WABC" radiosuna müsahibəsində danışıb.
“Çinlə bağlı problemimizin əsas səbəblərindən biri ondan ibarətdir ki, biz vaxtilə öz müəssisələrimizi onların əlindən itirmişik. Nəticədə, gündəlik həyatımızda istifadə etdiyimiz məhsulların böyük hissəsini Çindən idxal edirik. İndi isə bu vəziyyəti dəyişməliyik. ABŞ-da istehsalı artırmaqla Çin asılılığımızı azaltmaq mümkündür”.
Dövlət katibi vurğulayıb ki, ölkə daxilində istehsalın genişləndirilməsi iqtisadi təhlükəsizliyin gücləndirilməsi baxımından da vacibdir.







Oxşar -Yeniinfo.az
Putin Lukaşenko ilə Zelenskinin bəyanatını müzakirə edəcək
Pezeşkiana dedim ki, belə qərarları... - Vuçiç
İranın sosial şəbəkələrinə inanmayın - Vens
Almaniya Rusiya yaxınlığında hazırlığını belə gücləndirir
Rusiya Ukraynada niyə uğursuzluğa düçar olur?
Ukrayna Voronej zavodunu hansı raketlə vurub? - Müəmma
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Hörmüz əvvəlki kimi olmayacaq - Qalibaf