ABŞ-da hava nəqliyyatında uçuşların kütləvi ləğvi gözlənilir
ABŞ-da hava nəqliyyatında uçuşların kütləvi ləğvi gözlənilir
Federal hökumətin bağlanması və hava nəqliyyatının idarə olunmasında işçi çatışmazlığı səbəbilə ABŞ-da uçuşların kütləvi ləğvi və gecikmələrin olacağı gözlənilir.
Bu barədə ABŞ nəqliyyat naziri Şon Deffi ABC-yə müsahibəsi zamanı danışıb.
Sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün tədbirlərin görülməsinin vacibliyindən danışan nazir hökumətin bağlı qalmasının bir neçə həftə də davam edəcəyi təqdirdə hava səyahəti ilə bağlı vəziyyətin xeyli pisləşəcəyini deyib.
"İnsanların təhlükəsizliyini təmin etmək üçün milli hava məkanımızdakı bütün uçuşları təxirə salacaq, ləğv edəcəyik", - nazir deyib.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?