ABŞ-dan bu ölkəyə çağırış: İran adasını ələ keçir!
ABŞ-dan bu ölkəyə çağırış: İran adasını ələ keçir!
ABŞ Prezidenti Donald Tramp administrasiyasının nümayəndələri Birləşmiş Ərəb Əmirliklərini İranla müharibədə daha fəal iştirak etməyə və Fars körfəzində yerləşən İran adalarından birini ələ keçirməyə çağırırlar.
Axar.az Yeni info.az xəbər verir ki, bu barədə “Teleqraf” nəşri Tramp administrasiyasında təhlükəsizlik məsələləri üzrə keçmiş yüksək vəzifəli məmura istinadən məlumat yayıb.
Bildirilir ki, Trampın ətrafındakı bəzi rəsmilər BƏƏ-ni Lavan adasını ələ keçirməyə çağırıblar. Həmin ada aprel ayının əvvəlində BƏƏ tərəfindən gizli hərbi zərbələrə məruz qalıb.
Nəşr xatırladıb ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra İranın cavab zərbələrinin əsas yükünü məhz BƏƏ daşıyıb. Nəticədə BƏƏ ABŞ və İsraillə münasibətləri gücləndirmək səylərini ikiqat artırıb, halbuki qonşu ölkələrlə münasibətləri gərgin olaraq qalır.
Jurnalistlər əlavə ediblər ki, BƏƏ Prezidenti Məhəmməd bin Zayed ən-Nəhyan müharibənin əvvəlində Səudiyyə Ərəbistanı və Qətəri İrana qarşı əks-hücumlara qoşulmağa inandırmağa çalışsa da, buna nail ola bilməyib.
Mənbələrin sözlərinə görə, bundan sonra aprel ayının əvvəlində BƏƏ İranın bir neçə hədəfinə, o cümlədən Lavan adasına zərbələr endirib.







Oxşar -Yeniinfo.az
İranla razılaşdıq, Hörmüz boğazı açıq qalacaq - Tramp
ABŞ və İran razılaşmanın detallarını nə vaxt elan edəcək?
ABŞ xəbərdarlıq etdi: Rusiyadan kütləvi hücum gözlənilir
Putin artıq bunu gizlədə bilmir: Moskvalılar şokdadır...
Ukrayna Rusiyaya güzəştə getməyə hazırdır - Çernev
Rusiya bu şəhəri “Oreşnik”lə vurdu
Kiyevə dəhşətli hücum: ölü və yaralılar var
Pakistanda qatar partladıldı: 24 ölü, 50 yaralı